Bokt “AZPUL” MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli, BKT-34 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.


BOKT «AZPUL» MMC-nin fəaliyyət sahəsi, xırda istehlak kreditlərinin müştərilərə lisenziyalaşdırılmış fəaliyyət əsasında çatdırmaq və beləliklə də istehlakçılara və kiçik həcmli kreditlərə təlabatı olanlara maliyyə xidmətinin göstərilməsindən ibarətdir.


BOKT «AZPUL» MMCin missiyası təcili kreditə ehtiyacı olan insanlara rahat, əlçatan və ən əsası, müasir texnologiyalara əsaslanan qısamüddətli kredit təklif etmək, əhalının az gəlirli və orta təbəqəsinə onların təlabatları əsasında maliyyə xidmətləri göstərməkdir.


BOKT «AZPUL» MMC-nin əsas məqsədi yüksək texnologiyaya əsaslanaraq onun müştərilərinin istehlak əhəmiyyətli təlabatlarının öyrənilməsinə əmin olmaqla, əvvəlcədən mərhələli şəkildə kreditlərə çıxışını təmin etmək , vətəndaşlara keyfiyyətli və əlçatan maliyyə xidməti göstərməklə Azərbaycanda şəffaf maliyyə təşkilatına çevrilmək, ölkəmizdə sağlam rəqabət şəraitində fəaliyyət göstərən maliyyə təşkilatları arasında özünəməxsus yer tutmaqdır.


Bu məqsədlə ölkədə indiyədək fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından fərqli olaraq BOKT «Azpul» MMC, müştərilərinə yüksək texnologiyalara əsaslanan innovativ kredit məhsulları – ani kreditlər təqdim edir.


Bu məhsullar tamamilə rəqəmsal olmaqla, süni intellektə, müştərilərin məsafədən identifikasiyası və verifikasiyasına, fiziki təmasın sıfıra endirilməsinə əsaslanır.


Bizim üstünlüklərimiz


Vəsaitin dərhal verilməsi

Vəsait dərhal bank kartınıza köçürülür

Məxfilik

Biz üçüncü tərəfdən məlumatları yoxlamırıq

24/7 işləyirik

Ani kreditlər həftənin 7 günü, günün 24 saatı verilir

Dürüstlük

Kreditdən istifadənin bir günü üçün yalnız dürüst və başa düşülən faiz dərəcəsi




Bu məhsulun yaradılmasını gerçəkləşdirmək məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə BOKT “Azpul” MMC arasında 17.02.2020 tarxində kicik kreditlərin verilməsi üçün proqram təminatının tətbiqi barədə müqavilə imzalanıb.


Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə imzalanmış müqavilənin predmeti kicik həcmli kreditlərin verilməsində proqram təminatına texniki dəstək və xidmətin göstərilməsi,əməliiyat sistemi ilə işləyən konkret tətbiq üçün xüsusi əməliyyatların yerinə yetirilməsi məqsədilə proqramın hazırlanması və istifadəmizə verilməsidir.


Sifarişçinin üz təsvirinin identifikasiya və autentifikasiyası, sifarişçiyə birdəfəlik istifadə üçün elektron imzanın yaradılması, birdəfəlik sertifikatın verilməsi, vaxt göstəricisinin qeyd edilməsi də müqavilə üzrə göstəriləcək xidmətlərin siyahısına daxildir.


Bu xidmətlər sahəsində ölkəmizdə ilk olaraq sifarişçilər özlərinin təyin etdikləri 6(alti) rəqəmli şifrəni qeyd etməklə sənədləşməni imzalamış olacaqlar. Belə ki, sistem üzərindən onlayn şəkildə kreditlərin verilməsi üçün internet şəbəkəsi, smartfon, şəxsiyyət vəsiqəsi və kreditin nağdsız qaydada köçürülməsi üçün vətəndaşın özünə məxsus istənilən bankın debet kartı kifayət edir.

MOBİL TƏTBİQ MƏXFİLLİK SİYASƏTİ